logo

Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

16:57 09-12-2019 | icon 2835
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

Prezident İlham Əliyev dekabrın 9-da “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Azərbaycan Respublikasının baş naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, maliyyə naziri, iqtisadiyyat naziri və Mərkəzi Bankının sədri.