"Azercell" “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edildi
"Azercell Telekom" dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel-2019”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edib. “Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən “Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən verilən məlumatda qeyd edilib. Bildirilib ki, "Azercell" hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib.
6 000-dən çox iştirakçı tərəfindən ziyarət edilmiş "Azercell"in ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yeniliklər təqdim edib.
Xatırladaq ki, “Bakutel 2019” sərgisinin keçirildiyi dörd gün ərzində "Azercell" bütün sərgi iştirakçılarını stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobil texnologiyanın real sürətini hiss etməyə imkan yaratdı.Bundan əlavə, 5G şəbəkəsi üzərindən 5G Multisensor, 5G Konfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test rejimində istrifadəsi üçün təqdim edildi.
Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ