logo

Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub

13:55 09-12-2019 | icon 2422
Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub

İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyulub.

 YeniAvropa xəbər verir  ki,  bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında baş nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

“Rusiya tərəfindən isə Azərbaycana 4,9 milyard dollar sərmayə yatırılıb”, - deyə baş nazirin müavini əlavə edib.