logo

Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir

13:07 09-12-2019 | icon 2436
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir

Hazırda Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir.

 YeniAvropa xəbər verir  ki, bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında çıxışı zamanı baş nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev məlumat verib.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi ilbəil artır.