logo

Sabah Abşeron rayonunun bir hissəsində işıq olmayacaq

12:59 09-12-2019 | icon 2394
Sabah Abşeron rayonunun bir hissəsində işıq olmayacaq

Abşeron rayonunun Qobu və Masazır qəsəbələri, Atyalı yaşayış sahəsi, Xırdalan şəhərinin Quşçuluq yaşayış massivi və Binəqədi rayonunun 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar 10/6/0,4 kilovoltluq ekektrik verilişi xətləri, transformator məntəqələri, komplekt transformator məntəqələrində yenidənqurma işləri davam etdirilir.

 YeniAvropa xəbər verir  ki, “Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,  təmir işləri ilə əlaqədar olaraq dekabrın 10-da adıçəkilən ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.