logo

Bakıda Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib

12:09 09-12-2019 | icon 2394
Bakıda Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib

Dekabrın 9-da Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə  baş nazirin müavini Şahin Mustafayevin görüşü olub. 

 YeniAvropa xəbər verir  ki, bu barədə nazirlər Kabinetindən bildirilib. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Diqqətə çatdırılıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Ticarət və qarşılıqlı investisiya qoyuluşları Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biridir.