logo

Ərdoğan: "Bu il Türkiyəyə 46 milyondan çox turist gəlib"

18:42 08-12-2019 | icon 2583
Ərdoğan: "Bu il Türkiyəyə 46 milyondan çox turist gəlib"

Bu il Türkiyəyə 46 milyondan çox xarici vətəndaşın gəlib və bununla da Türkiyənin dünyanın ən çox turist qəbul edən altıncı ölkə olub.  Turkiyədə turizm sektoru ildən -ilə artır. Gələn il üçün Türkiyə 50 milyondan çox turisti ölkəyə cəlb etməyi hədəfləyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 8-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransında çıxışı zamanı səsləndirib. 

İstanbul Konfrans mərkəzində reallaşan tədbirdə çıxış edən Türkiyə prezidenti ən varlı və kasıb islam ölkələri arasında gəlir fərqinin 200 dəfədən çox olduğunu bildirib. O, İƏT-ə üzv ölkələrin əhalisinin 21 faizinin, yəni 350 milyondan çox müsəlmanın yoxsulluqla üz-üzə qaldığını qeyd edib.

Ölkə başçısı İstanbul Arbitaj Mərkəzində tamamlanma işlərinin başa çatdığını və mərkəzin bu il fəaliyyətə keçəcəyini bildirib.

Qeyd edək ki, iki gün dava edəcək konfransda ölkəmiz İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.