logo

Azərbaycan deputatları Avronest PA-da iştirak edəcəklər

17:33 08-12-2019 | icon 2464
Azərbaycan deputatları Avronest PA-da iştirak edəcəklər

Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının (PA) VIII illik sessiyasında iştirak etmək üçün Tbilisiyə yollanıblar.

YeniAvropa xəbər verir  ki, bu barədə Milli Məclisdən bildirilib. Qeyd edilib ki,  “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri” adlı sessiya dekabrın 9-da öz işinə başlayacaq.

Sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.

Xatırladaq ki, Avropa İttifaqının  “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində yaradılan  Avronest PA-da Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belorus və Ermənistan təmsil olunur.