logo

Nə prezident, nə qızı növbəti seçkilərə qatılacaq

11:49 08-12-2019 | icon 2555
Nə prezident, nə qızı növbəti seçkilərə qatılacaq

Filippin prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacağını bəyan edib.

YeniAvropa xəbər verir  ki, bu barədə yerli  “The Manila Times” qəzeti məlumat yayıb.

“Növbəti ölkənin prezidenti Bikol regionundan seçiləcək. Ölkə vətəndaşlarının Coui Salseda ilə Fransis Eskudero arasında seçmək imkanı olacaq”,-deyə nəşr prezidentin sözlərini sitat gətirib. 

Mənbə xatırladır ki, sabiq senator F.Eskudero hazırda Sorsoqon əyalətinin qubernatorudur. C.Salseda isə Filippin nümayəndələr palatasında Albay əyalətini təmsil edir.

Prezident Rodriqo Duterte həmçinin bildirib ki, hazırda Davao şəhərinin meri olan qızı Sara Duterte-Karpio da seçkilərdə iştirak etmək niyyəti yoxdur.

Xatırladaq ki, Filippində prezident seçkiləri 6 ildən 1 keçirilir.  Ölkə üzrə ümumxalq seçkiləri fonunda təşkil olunan seçkilərdə eyni zamanda prezident, vitse-prezident , parlamentin yuxarı palatası olan Senatın 24 üzvü.  aşağı palata -Nümayəndələr Palatasına 292 deputatı, eləcə də yerli bələdiyyələrə seçkilər keçirilir.