Çində dünyanın ilk relssiz "ağıllı" tramvay istifadəyə verilib
Çinin İbin şəhərində dünyada ilk dəfə relssiz və naqilsiz hərəkət edən tramvay xətti istifadəyə verilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Çinin CRRC dəmir yolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir. Tramvayda quraşdırılmış sensorlar yolda xüsusi çəkilmiş iki ağ qırıq xətti avtomatik olaraq tanıyır və nəqliyyat vasitəsi həmin xətt üzrə hərəkət edir. Əslində bu tramvaylar sürücüsüz idarə olunmaq üçün nəzərdə tutulub. Amma hələlik Çində sürücüsüz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkətinə icazə verilmədiyindən tramvayları sürücülər idarə edir.
Saatda 70 kilometr sürətlə hərəkət edən "ağıllı tramvay" bir neçə akkumulyatorla qidalanır və elektrik mühərriki ilə işləyir. Akkumulyatoru tam doldurulan tramvay birdəfəyə 40 kilometr məsafə qət edə bilir. Üçvaqonlu tramvay 307, beşvaqonlu tramvay isə 500 sərnişin daşıya bilir. Yeni nəqliyyat növü şəhərin işıqfor sistemi ilə inteqrasiya edilib. Belə ki, tramvay yolayrıcına yaxınlaşanda xüsusi cihazlar vasitəsilə işıqfora siqnal ötürür və işıqfor ənənəvi tramvay və avtobuslardan bir neçə dəfə uzun olan relssiz tramvayın keçidi üçün qırmızı işıq rejimini qısaldır, əvəzində yaşıl işıq rejiminin vaxtını çoxaldır.
İstehsalçı şirkətin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 3 dəfə, metro nəqliyyatından isə 10 dəfə ucuz başa gəlir.
İbin şəhərində uzunluğu 17,7 kilometr olan relssiz tramvay xəttinin üzərində 16 dayanacaq var. Tramvaylar günün pik saatlarında 10 dəqiqə, digər vaxtlarda isə 15 dəqiqə intervalla hərəkət edir.
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub