logo

"Azercell" ilə Nəsimi irsindən zövq al

13:10 07-12-2019 | icon 2422
"Azercell" ilə Nəsimi irsindən zövq al

Fəaliyyəti boyu Azərbaycanın mədəni irsinin qorunubsaxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən "Azercell Telekom" bu ilin əsas mədəniyyət hadisəsinə də öz rəqəmsal töhfəsini qatır.

 YeniAvropa xəbər verir  ki, Azərbaycanın görkəmli şairlərindən biri olan İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə Azərbaycan  prezidentinin sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Dahi Nəsimini xarici oxucularada daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəlləri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənilib.

Artıq "Azercell"in təqdim etdiyi “Bookmate” mobil tətbiqindən istifadə edən hər kəsdil daşıyıcıları tərəfindən səsləndirililən Nəsimi irsindən zövq ala bilər.  Qey edək ki, şairin irsindən münunələr Teymur Nəcəfzadənin rəhbərlik etdiyi “Kolorit” yaradıcılıq emalatxanasının dəstəyi ilə yazıya alınaraq mobil əlavəyə yüklənib.  

"Azercell Telekom" yeni audio-toplunun ərsəyə gəlməsi münasibətilə ”Bakı Kitab Mərkəzin”də xalq yazıçı Anar və əməkdar artist Sevda Ələkbərzadə  kimi görkəmli incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Rusiyanın səfiri M.N. Boçarnikovun, Hollandiyanın səfiri Onno Kerversin, Moldovanın səfiri George Leuka kimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin, eləcə də, nüfuzlu biznes strukturlarının iştirakı ilə “İki cahan” adlı xüsusi tədbir də təşkil edib. Tədbirdə Nəsiminin qəzəlləri müxtəlif dillərdə səsləndirilib, “Sığmazam” şeiri üzərinə hazırlanmış pantomima və şairin yaradıcılığına həsr olunmuş "İki cahan" videosu nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, "Azercell"in güzəştli qiymətlə təqdim etdiyi “Bookmate” mobil kitabxanası minlərlə kitabı elektron cihaz üzərindən oxumaq imkanı yaradır. “Bookmate” mobil kitabxanasına aylıq  cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilirlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, "Azercell" gələcəkdə də davamlı şəkildə həm Azərbaycan, həm də dünyanın ədəbiyyat və incəsənət nümunələriniəlçatan etmək istiqamətində yeni rəqəmsal həllər təqdim edəcək.