logo

V çağırış deputatlıqdan vəzifəyə gedənlər

12:55 07-12-2019 | icon 609
V çağırış deputatlıqdan vəzifəyə gedənlər

Son iki ildə Azərbaycanda kadr və struktur islahatları gündəmin əsas xəbərinə çevrilməkdədir. Bu islahatların tərkib hissəsi kimi, prezidentin sərəncamları ilə V çağırış parlamentin bəzi deputatlarına yüksək vəzifələr verilib.

YeniAvropa xəbər verir  ki, deputatlıqdan vəzifəyə gedənlərin siyahısını təqdim edir:

Prezident İlham Əliyevin 2018-ci il aprelin 23-də imzaladığı sərəncamla 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezidentin ötən il aprelin 21-də imzaladığı digər sərəncama əsasən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

2019-cu il fevralın 11-də 94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Prezidentin bu ilin noyabrın 12-də imzaladığı sərəncamla 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatı Elşad Həsənov Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Noyabrın 25-də isə 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının(AİZ) səlahiyyətli qurumu və  İdarə Heyəti formalaşana qədər Ələt AİZ-in müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub.

Prezidentin dekabrın 4-də imzaladığı sərəncamla 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Rüstəm Xəlilova Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi həvalə olunub.