logo

Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək

12:15 07-12-2019 | icon 4032
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək

Yeni yaradılacaq Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərdə qeyd edilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək. "Ali məktəbdə kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma, əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq",-deyə məlumatda qeyd edilib.