logo

Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb

11:59 07-12-2019 | icon 728
Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp Dünya Bankının Çinə kredit verməyi dayandırmağa çağırıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə  Donald Tramp özünün “Twitter” səhifəsində məlumat yerləşdirib. “Dünya Bankı nəyə görə Çinə kredit verməlidir? Çinin pulu çoxdur. Pul çatışmasa da, tapacaqlar. Bunu dayandırmaq lazımdır”, -deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, dekabrın 2-də ABŞ-ın ticarət naziri Uilbur Ross "Fox News" telekanalına müsahibəsində dekabrın 15-nə qədər ticarət sazişi imzalanmasa, Donald Trampın Çindən idxal edilən bəzi məhsullara rüsumu artırmaq niyyətində olduğunu deyib.