logo

YAP-ın 68 deputatından 25-i, bitərəflərdən isə yarıdan çoxu seçkidən kənarda qalacaq

10:55 07-12-2019 | icon 2422
YAP-ın 68 deputatından 25-i, bitərəflərdən isə yarıdan çoxu seçkidən kənarda qalacaq

"Yeni Azərbaycan Partiyasını(YAP)  parlamentdə təmsil etmiş  68 deputatdan ən azı 20-25-i VI çağırış növbədənkənar parlament seçkilərindən kənarda qalacaq. Bundan əlavə, YAP-ın “yaşlı işıq”  yandırdığı müstəqil deputatlardan bir xeylisi seçkidən kənarda qalacaq.Onlar yenilərilə əvəzlənəcək. Amma bütün hallarda dəqiq cavablar üçün bir qədər səbr etmək, gözləmək lazım gələcək”. 

 YeniAvropa xəbər verir  ki, bu barədə adının çəkilməsini istəməyən tanınmış, nüfuzlu və məlumatlı YAP-çılardan biri "Etikxeber.az"a açıqlamasında deyib.

Mənbə qeyd edib ki, YAP tərəfindən rəsmən namizəd kimi irəli sürüləcək şəxslərlə bağlı patiyanın rəhbər orqanlarında, İcra Katibliyində hələlik müzakirələr, dəyənləndirmələr başlamayıb. YAP-ın hansısa namizədlər siyahısı mövcud deyil, bu barədə hələlik söhbət gedə bilməz və bu yöndə deyilənlərin də heç bir əsası yoxdur. Çünki namizədlər məsələsində tam konkretlik  mövcud deyil. Seçim, dəyərləndirmə  necə, hansı meyarlar əsasında olacaq, dəqiq bilinmir. Yəqin ki, seçkilərə rəsmən start veriləndən bir müddət sonra namizədlərin müəyyənləşdirilməsi məsələsində konkretlik, dəqiq meyarlar, yanaşmalar bəlli olacaq.

O, qeyd edib ki, seçki prosesi 60 gündür və onun 38 günü namizədlərin müəyyənləşdirilməsi, irəli sürülməsi və qeydə alınmasını, 21 gün isə təbliğat dönəmini özündə ehtiva edir:

“Namizədlərin müəyyənləşdirilməsi, elan olunması, irəli sürürlməsi (eyni zamanda, qeydə alınması) yanvarın  təxminən 17-19-can başa çatmalıdır. Bu baxımdan çox güman ki, bu dəfə də YAP son anda namizədlər siyahısını elan edəcək. Keçən seçkilərdə də belə olmuşdu. Yəni, namizədlərin elan olunması yanvarın ilk ongünlüyündə, ən geci 11-12-cən baş tuta bilər.

Qeyd edim ki, namizədlərlə də bağlı Siyasi Şurasının toplantısının keçirilməsinə ehtiyac qalmayacaq. Bu məsələ  20 nəfərdən ibarət  YAP İdarə Heyətinin  toplantısında son dəfə müzakirə olunacaq və həmin iclasdan dərhal sonra hakim partiyanın namizədlər siyahısı  YAP-ın saytında dərc ediləcək, ictimaiyyətə elan olunacaq”.

“Ümumi ab-havadan belə görünür ki, heç də “yaşlı-cavan” məsələsi olmayacaq, yaşlı hesab edilən deputatlardan da bir neçəsinə yenidən şans tanınacaq. Bununla belə, namizədlər arasında gənclər, cavanlar əhəmiyyətli hissəni  təşkil edəcək. Cavan millət vəkillərindən də yenidən namizəd irəli sürülənləri olacaq, eləcə də, indiyənə kimi millət vəklili olmayan tanınmış gənc, cavan, perspektivli gənclər namizədlər olaraq dəstəklənəcək.