logo

Deputat Yevda Abramov vəfat etdi

21:25 06-12-2019 | icon 2303
Deputat Yevda Abramov vəfat etdi

Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.

YeniAvropa xəbər verir  ki, mərhumla vida mərasimi dekabrın 7-si saat 12:00-da Qubadakı “Mədəniyyət evi”ndə baş tutacaq, daha sonra sabiq deputat Qubada  dəfn ediləcək. 

Xatırladaq ki, 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisə deputat seçilən Yevda Abramov milliyətcə yəhudi idi. O,12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. 
2018-ci ildə Yevda Abramov  “Şöhrət” ordeni ilə təltif edilib.