logo

Milli Məclisdəki köməkçisini İcra Hakimiyyətinə da gətirdi

18:55 06-12-2019 | icon 2443
Milli Məclisdəki köməkçisini İcra Hakimiyyətinə da gətirdi

Yasamal rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

YeniAvropa xəbər verir  ki, icra başçısı Elşad Həsənovun əmri ilə Habil Süleymanzadə Yasamal RİH başçısının köməkçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki,  Habiı Süleymanzadə bu təyinatadək Milli Məclisdə Elşad Həsənovun köməkçisi olub.

Məlumatı  Yasamal rayon icra hakimiyyətindən də təsdiqləyiblər.

Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçının sabiq köməkçisi Ağayev Murad Əsgər oğlu olub. Dayısı Əziz Əzizov Suraxanı icra hakimiyyətinə başçı təyin edildikdən sonra M.Ağayevi özünə köməkçisi təyin edib.