logo

YAP hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını verməyib

17:59 06-12-2019 | icon 2394
YAP hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını verməyib

Yeni Azərbaycan Partiyasının(YAP) qarşıdan gələn növbədənkənar parlament seçkilərində hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova məlumat verib. 

Vitse-spiker bildirib ki, həmin qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq.

"Bu qərarın elan edilməsi üçün müəyyən vaxt çərçivəsi var. Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik”,-deyə Bahar Muradova vurğulayıb.

“ Biz hər zaman olduğu kimi, bu seçkilərə də hazırıq, iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən prezidentin və YAP sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq”,-deyə vitse-spiker vurğulayıb.