logo

Şumaxerin çempion olduğu maşın 6,6 milyon dollara satılıb

15:29 06-12-2019 | icon 3199
Şumaxerin çempion olduğu maşın 6,6 milyon dollara satılıb

Əbu-Dabidə keçirilən hərracda alman yürüşçü Mixael Şumaxerin 2002-ci il mövsümündə, özünün beşinci çempionluq ilində çıxış etdiyi “Ferrari F2002” maşını satışa çıxarılıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Mixael Şumaxer bu bolidin sükanı arxasında San-Marino, Avstriya və Fransa Qran-prilərinin qalibi olub. Həmin mövsümdə onun hesabında ümumilikdə 17 yürüşdə 11 qələbə olub. Avtomobil 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, 50 yaşlı Şumaxer "Formula-1" yarışlarının yeddiqat çempionudur. O, ilk iki titulu 1994-cü və 1995-ci illərdə - “Benetton” komandasında çıxışı zamanı qazanıb, sonra isə 2000-2004-cü illərdə “Ferrari”nin pilotu olduğu vaxtda mövsümlərin yekunlarına görə daha beş dəfə ən güclü yürüşçü olub.

Xatırladaq ki,Mixael 2013-cü ildə daş xizəkçiliyi kurortunda yıxılaraq ağır kəllə-beyin travması alıb. Pilotun ailəsi onun sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verməməyi üstün tutur.