logo

Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi

13:55 06-12-2019 | icon 2492
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi

Dekabrın 6-da birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ağacın əkilməsi təşəbbüsünə Bakının Nəsimi rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval-ruhiyyəsi ilə ağacəkmə aksiyası keçirilib.

YeniAvropa xəbər verir  ki, Nəsimi rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən Cavadxan küçəsindəki yaşıllıq zolağında, Mir Cəlal küçəsindəki parkda bayram coşqusu ilə keçirilib.

Nəsimi rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 850 nəfər adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında müxtəlif növ həmişəyaşıl ağaclar, dekorativ gül kolları əkilib, ətraf ərazilər tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib.

Mir Cəlal küçəsindəki parkda Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibindəki Musiqi Kollecinin tələbələrinin ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib. “Nəsimi könüllüləri” və gənclər milli musiqi sədaları altında yallı gedib, rəqs ediblər. Daha sonra ağacəkmə aksiyasında iştirak edənlər parkda çaya və milli şirniyyata qonaq edilib.

0-4