logo

2 rayonda qaz təchizatı dayandırılıb

12:06 06-12-2019 | icon 2555
2 rayonda qaz təchizatı dayandırılıb

Yevlax rayonunda Aran 2 qəsəbəsində ekskavatorla diametri 57 millimetr olan qaz xəttini qırıblar və 60 abonentin qaz təminatında fasilə yaranıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumatda daha sonra bildirilib ki, Ağcabədi rayonunda da Şərəfxanı kəndində 76 millimetr diametrində orta təzyiqli qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Nəticədə 193 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.