logo

Ərdoğan Britaniyada Avropanın ilk eko-məscidinin açılışında iştirak edib

11:09 06-12-2019 | icon 2275
Ərdoğan Britaniyada Avropanın ilk eko-məscidinin açılışında iştirak edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya səfəri zamanı Kembricdə yerləşən Avropanın ilk eko-məscidinin açılışında iştirak edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, eyni zamanda min nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin tikintisi 23 milyon funt sterlinqə başa gəlib. Açılış mərasimində çıxış edən Türkiyə prezidenti Avropada ilk eko-məscidin istifadəyə verilməsinin əhəmiyyətli hadisə olduğunu bildirib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də keçirilən NATO sammitində iştirak etmək üçün Böyük Britaniyada səfərdədir.