logo

Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilən binada yaradılmış şəraitlə tanış olub

20:13 05-12-2019 | icon 2380
Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilən binada yaradılmış şəraitlə tanış olub

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

 YeniAvropa xəbər verir  ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.Çay süfrəsi arxasında onun ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ediblər.