Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 20 illiyi qeyd olunub
Dekabrın 5-də Azərbaycan Respublikası hökuməti ilə Asiya İnkişaf Bankının (ADB) əməkdaşlığının 20 illiyi qeyd edilib.
YeniAvropa xəbər verir ki, bu münasibətlə təşkil olunan mərasimdə Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov ötən 20 ildə bank ilə ölkəmizin uğurlu tərəfdaşlıq yolu keçdiyini, bu gün də əməkdaşlığın daha sıx xarakter aldığını deyib.
N.Mannapbekov qeyd edib ki, Azərbaycanın 1999-cu ildə ADB-yə qoşulmasından sonra bank inklüziv və dayanıqlı inkişafa nail olmaqla bağlı ölkənin səylərini dəstəkləmək məqsədilə Azərbaycanla əməkdaşlıq etməkdən böyük şərəf duyub: “ADB bütün birgə layihələri yaxından dəstəklədiyi üçün hökumətə öz minnətdarlığını bildirir. Biz bu müddət ərzində yaranmış dərin əlaqələri və tərəfdaşlığı yüksək dəyərləndiririk. Bu gün biz 5,1 milyard ABŞ dollarından çox məbləğdə təsdiq olunmuş portfel ilə Azərbaycanın çoxtərəfli inkişaf tərəfdaşları arasında ən böyüyü olmaqdan qürur duyuruq”.
Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Azərbaycanda davamlı inkişaf, infrastruktur, nəqliyyat və enerji layihələrini dəstəklədiyini deyib. Bildirib ki, Azərbaycan bank ilə əməkdaşlığa önəm verir və tərəfdaşlığın davamlı olacağına əmindir.
O, Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi meqa layihəsinə həm birbaşa, həm də ADB-nin zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib.
S.Şərifov vurğulayb ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək. Nazir ADB-nin apardığı tədqiqatlarla Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki ardıcıl islahatlara verdiyi töhfəni yüksək qiymətləndirib.
Mərasimdə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının əməkdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. ADB-yə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippinin paytaxtı Manilada yerləşir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir