logo

Xəzər dənizində dalğanın hündürlüyü 5,2 metrə çatıb

18:11 05-12-2019 | icon 2422
Xəzər dənizində dalğanın hündürlüyü 5,2 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən dekabrın 5-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Departamentdən YeniAvropa-ya  bildiriblər ki, düşən yağıntının miqdarı Lənkəranda 24, Astarada 19, Oğuzda 13, Kişçayda 12, Şəkidə 11, Daşkəsəndə 10, Göygöldə 9, Mingəçevirdə 8, Qəbələ, Gədəbəy, Yardımlıda 7, Quba, Sarıbaş, Ağsuda 6, Tərtər, Naftalanda 5, Naxçıvan, Şahbuz, Gəncə, Zaqatala, İsmayıllı, Qusar, Bərdə, Lerik, Sədərəkdə 4, Şərur, Ordubad, Ağdərə, Xaltan 3, Bakı, Şabranda 2, Maştağa, Zabrat, Şəmkir, Tovuz, Ağdam, Balakən, Mərəzə, Altıağac, Qırız, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Nabranda 1 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 16, Sarıbaşda 11, Göygöldə 7, Ağdərədə 6, Qırızda 5, Xaltanda 2, Qusar, Altıağacda 1 santimetr olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalan, Mərəzə, Neftçalada 20, Xaçmazda 18, Bakıda və Abşeron yarımadasında 17-22, bəzi yerlərdə arabir 25 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,2 metr olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.