logo

İlham Əliyev Finlandiya prezidentini təbrik etdi

17:34 05-12-2019 | icon 2548
İlham Əliyev Finlandiya prezidentini təbrik etdi

Prezident İlham Əliyev Finlandiya prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".