logo

Azərbaycan  UEFA Millətlər Liqasında C divizionunda mübarizə aparacaq

16:59 05-12-2019 | icon 2982
Azərbaycan  UEFA Millətlər Liqasında C divizionunda mübarizə aparacaq

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümü ilə əlaqədar olub.

YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C divizionunda mübarizə aparacaq. Millimiz C divizionunun dördüncü püşkatma səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

UEFA Millətlər Liqasının püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın Amsterdam şəhərində keçiriləcək.