logo

Azərbaycan Rusiyadan ən çox turist qəbul edən beş ölkədən biridir

15:29 05-12-2019 | icon 2233
Azərbaycan Rusiyadan ən çox turist qəbul edən beş ölkədən biridir

“TurStat” turizm portalı 2019-cu il yanvarın 1-dən sentyabrın 30-dək turist qəbuletmə statistikasını təhlil edərək, bu il Rusiyanın ən çox turist qəbul etdiyi ölkələrin reytinqini təqdim edib.

YeniAvropa xəbər verir  ki,  2019-cu ilin 9 ayının yekunlarına əsasən, bu il Rusiyaya turist səfərlərinin sayına görə ilk on ölkə sırasına Ukrayna (5 milyon 944 min səfər), Qazaxıstan ( 2 milyon 716 min), Çin (1 milyon 594 min), Azərbaycan (684 min), Finlandiya (681 min), Almaniya (592 min), Polşa (497 min), Abxaziya (435 min), Ermənistan (420 min) və Estoniya (383 min) daxil olublar.

Azərbaycandan Rusiyaya səfərlərin sayı ötən illə müqayisədə 2019-cu ilin 9 ayı ərzində 19 min artaraq 684 minə çatıb.

Bu ilin doqquz ayı ərzində Rusiyaya turist səfərlərinin ümumi sayı 19 milyon 64 min təşkil edib. Bu göstərici ötən illə müqayisədə, demək olar, dəyişməyib, yaxud ötən ilin ilk doqquz ayında xaricilərin Rusiyaya 19 milyon 245 min səfərindən 0,9 faiz az olub.

Rusiyaya turizm səfərlərini Cənub-Şərqi Asiya və Avropa İttifaqı ölkələrindən turistlər təmin ediblər.

“TurStat”ın məlumatına görə, Rusiyaya turizm səfərlərinin liderləri Çin, Cənubi Koreya və Almaniya olub.