logo

“91-lər”in məşhur YAP-çısı indiki deputatları seçkiyə qatılmamağa çağırdı

15:08 05-12-2019 | icon 2345
“91-lər”in məşhur YAP-çısı indiki deputatları seçkiyə qatılmamağa çağırdı

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, məşhur “91-lər”dən olan Xeyrəddin Qoca indiki deputatlara çağırış edib.

YeniAvropa xəbər verir  ki, Xeyrəddin Qoca hazırda Milli Məclisin üzvü olan şəxsləri gələn ilin əvvəllərində keçirilməsi nəzərəd tutulan növbədənkənar parlament seçkilərində iştirak etməməyə çağırıb.
“İndi deputat olanların heç biri təzə seçkiyə qatılmamalıdır. Çünki özləri etimadı doğrultmadıqlarını təsdiq edirlər!”,-deyə X.Qoca vurğulayıb.

Xatırladaq ki, dekabrın 2-də Milli Məclis qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün ölkə Prezidentinə müraciət edib. Elə həmin gün prezident həmin müraciətdə yer almış parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də keçirilən isclasında parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edilib. Yaxın günlərdə prezidentin tezliklə parlamentin buraxılması və növbədənkənar seçkilərin vaxtını elan etməsi barədə müvafiq qərar verəcəyi gözlənilir.