logo

Tramp Konqresdən Ukraynaya hərbi yardım üçün daha 250 milyon dollar istəyir

14:31 05-12-2019 | icon 2499
Tramp Konqresdən Ukraynaya hərbi yardım üçün daha 250 milyon dollar istəyir

Prezident Donald Tramp 2020-ci ilin büdcəsində hərbi ehtiyaclar üçün Ukraynaya maliyyə yardımı göstərilməsi proqramına azı 250 milyon dollar əlavə vəsait istəyəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki bu barədə ABŞ KİV-ləri Pentaqon və Konqresdəki mənbələrə istinadla xəbər yayıblar.

Xəbərdə bildirilir ki, cari ilin yayında ABŞ Konqresi 2020-ci maliyyə ili üçün Milli Müdafiə haqqında Qanuna müvafiq olaraq, təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərilməsi üzrə təşəbbüsün dəstəklənməsinə 250 milyon dollar ayrılmasını təsdiqləyib.