logo

ATƏT sədri: "Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də qalır"

13:56 05-12-2019 | icon 2380
ATƏT sədri: "Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də qalır"

"ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır".

 YeniAvropa xəbər verir  ki, bu barədə ATƏT-in sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bu gün Bratislavada öz işinə başlayan  təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq hələ də qalmaqdadır.

M.Layçak Moldovanın Trans-Nistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb.

“Böhran və münaqişələrin həlli üçün əlimdə hər hansı sehrli çubuq yoxdur. Münaqişələri həll etmək məqsədilə  dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, - deyə ATƏT sədri vurğulayıb.