logo

Moldovanın Azərbaycandakı səfirini geri çağrıldı

10:57 05-12-2019 | icon 2338
Moldovanın Azərbaycandakı səfirini geri çağrıldı

Moldova hökuməti Xarici İşlər Nazirliyinin baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

YeniAvropa Moldova KİV-inə istinadən xəbər verir ki, səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Məlumatda bildirilir ki, Moldova hökumətinin qərarı əsasında bu ölkənin Azərbaycandakı səfiri Georgi Leuka paytaxt Kişineuya qayıdacaq.

Moldovanın Azərbaycandakı səfirliyindən bu xəbəri təsdiqləyiblər.

Eyni zamanda Moldovanın Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese də geri çağırılıb.

Məlumatda həmçinin qeyd olunur ki, Georgi Leuka və Dumitru Sokolan dövlət katibi funksiyalarını yerinə yetirmək üçün Kişineuya qayıdırlar. Onların namizədlikləri hökumətin iclasında təsdiqlənib.