logo

Norveçdə müsəlmanların sayı təqribən iki dəfə artıb

22:36 04-12-2019 | icon 2408
Norveçdə müsəlmanların sayı təqribən iki dəfə artıb

Son 10 ildə Norveçdə müsəlmanların sayı praktiki olaraq iki dəfə artıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  k,i bu barədə Norveç Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda ölkədə 175 500 sakin müsəlman konfessiyasının üzvü kimi qeydə alınıb ki, bu da 10 il əvvəlkindən təqribən 90 faiz çoxdur.Belə ki, 2009-cu ildə müsəlmanların sayı ölkədə 92 700 nəfər təşkil edib. Məlumatlara görə, təkcə 2018-2019-cu illərdə ölkədə müsəlman əhalisi 5,2 faiz artıb.

Eyni zamanda Norveç kilsəsinə daxil olmayan dini qrupların və icmaların üzvlərinin sayı son on ildə 57 faiz artaraq 431 min nəfərdən 678 min nəfərə çatıb. Onların təqribən 54 faizi müxtəlif xristian konfessiyaların, təqribən 26 faizi müsəlman icmasının üzvləridir.

Əlamətdar haldır ki, Krallığın ən iri dini təsisatının - Norveç kilsəsinin üzvlərinin sayı durmadan azalmağa doğru meyl nümayiş etdirir. 2018-ci ildə Norveç kilsəsinin 3,72 milyon üzvü olub ki, bu da üç il əvvəlkindən 75 min nəfər azdır.