logo

Nəcəf-Bakı aviareysi ləğv edilib

14:49 04-12-2019 | icon 2492
Nəcəf-Bakı aviareysi ləğv edilib

Dekabrın 4-də həyata keçirilməli olan Nəcəf-Bakı-Nəcəf aviareysi ləğv edilib.

YeniAvropa  Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, İraqın “UR Airlines” aviaşirkətinin yerli vaxtla saat 15:00-da Nəcəfdən Bakıya “UD 501” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 16:00-da Bakıdan Nəcəf istiqamətində “UD 502” saylı reysi də ləğv edilib. Aviareyslər “B737-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Nəcəf-Bakı-Nəcəf aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.