logo

“Azercell” və “Ericsson” arasında memorandum imzalandı

15:25 03-12-2019 | icon 2492
“Azercell” və “Ericsson” arasında memorandum imzalandı

Dekabrın 3-də  Bakı Expo Mərkəzində keçirilən "Bakutel 2019” 25-ci yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgis çərçivəsində Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti ilə İsveçin "Ericsson" şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

YeniAvropa xəbər verir  ki, elektron sənədi "Azercell Telekom"un prezidenti Vahid Mürsəliyev və "Ericsson" şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə prezidenti Sebastyan Tolstoy imzalayıblar.

Sənədə əsasən, tərəflər 5G şəbəkəsinin inkişafı istiqamətində əməkdaşlıq edəcəklər.

Xatırladaq ki,  hazırda "Azercell Telekom" tərəfindən pilot 5G şəbəkəsi Bakının mərkəzində (Fəvvarələr meydanında) yaradılıb. Şirkət gələn ilin sonunadək paytaxtın bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır.

Daha sonra isə şəbəkənin əhatə dairəsi regionlarda genişləndiriləcək və Azərbaycanın telekommunikasiya bazarı hazır olduqda şəbəkənin kommersiya istifadəsi bütün ölkə üzrə istifadəyə veriləcək.