logo

Əli Əsədov Yeni İlə görə iş və istirahət günlərinin yerinin dəyişdi-ardıcıl 7 gün iş olmayacaq

22:33 02-12-2019 | icon 2275
Əli Əsədov Yeni İlə görə iş və istirahət günlərinin yerinin dəyişdi-ardıcıl 7 gün iş olmayacaq

Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Beləliklə, 30 dekabr bu ildə sonuncu iş günü olacaq. Dekabrın 31-dən gələn il yanvarın 6-dək qeyri-iş günüdür. Yeni ilin ilk iş günü isə yanvarın 7-nə təsadüf edəcək.