logo

Elmar Məmmədyarov İsrailin yeni səfirini qəbul edib

21:33 02-12-2019 | icon 203
Elmar Məmmədyarov İsrailin yeni səfirini qəbul edib

Dekabrın 2-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə E.Məmmədyarov C.Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

C.Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.