logo

Paytaxtda küləyinin sürəti saniyədə 34 metrə çatıb

16:50 02-12-2019 | icon 266
Paytaxtda küləyinin sürəti saniyədə 34 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin dekabrın 2-si saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə ( Şahdağ, Qırız) qar yağıb.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, şimal qərb küləyi əsib, arabir Naftalanda 38, Bakıda 34, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26, Maştağa, Tərtərdə 25, Xınalıqda 24, Nabranda 20, Bərdədə 18, Xaçmazda 16, Şəmkirdə 15 metr/saniyəyədək güclənib. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.