logo

İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib

16:08 02-12-2019 | icon 2513
İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib

Prezident İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, prezident İlham Əliyev noyabrın 29-da Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə prezidentin Katibliyinin rəisi - prezidentin köməkçisi vəzifəsi ləğv edilib.

Xatırladaq ki, Dilarə Seyidzadə 16 noyabr 1999 cu ildən bu günədək prezidentin Katibliyinin rəisi vəzifəsində çalışıb.