logo

İndyədək 27 min 677 ipoteka krediti verilib

19:49 02-12-2019 | icon 2716
İndyədək 27 min 677 ipoteka krediti verilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan YeniAvropa-ya  verilən məlumatda qeyd edilir ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə dekabrın 1-nə 27 min 677 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 375,7 milyon manatdan çoxdur.

Bu ilin 11 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 2452, məbləği 158,8 milyon manat təşkil edib.