Dağlıq Qarabağ münaqişəsi Rusiya prezidentinin diqqət mərkəzindədir
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tərəflərinə kömək göstərilməsi Rusiyanın xarici siyasət prioritetləri arasındadır və Rusiya prezidentinin diqqət mərkəzindədir".
YeniAvropa xəbər verir ki, bu fikirlər Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin xarici işlər naziri Sergey Lavrovun dekabrın 2-3-də Azərbaycana rəsmi səfəri ilə bağlı yaydığı sərhdə yer alıb.
Rusiya XİN-in rəsmi saytında yerləşdirilən şərhdə Sergey Lavrovun Bakıda prezident İlham Əliyevin qəbulunda olacağı, habelə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparacağı qeyd olunur. Vurğulanır ki, bu müzakirələrdə beynəlxalq və regional problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə məsələnin detallı şəkildə müzakirəsi aparılacaq. Həmçinin, Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında 2020-ci il üçün Məsləhətləşmələr Planı imzalanacaq.
Şərhdə qeyd olunub ki, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin artıq ənənəyə çevrilmiş qarşılıqlı səfərləri siyasi dialoqun mühüm aktiv elementinə çevrilib və iki ölkənin siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığına istiqamətlənib. Bildirilib ki, 2019-cu ilin noyabrınadək olan məlumata görə, iki ölkə arasında bugünədək 150 beynəlxalq-hüquqi sənəd imzalanıb. İnkişaf edən Rusiya-Azərbaycan strateji münasibətləri ali və yüksək səviyyələrdə intensiv siyasi dialoq əsasında təmin edilir. Belə ki, cari ildə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində və Valday Forumu çərçivəsində iki görüş keçirilib.
Rusiya XİN-in şərhində vurğulanıb ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-25-də Rusiyaya səfər edib, Moskvada prezident Vladimir Putin tərəfindən qəbul edilib, Baş nazir Dmitri Medvedev və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirib. Sənəddə Moskvada keçirilən Regionlararası Forumun əhəmiyyəti də vurğulanıb.
Nazirliyin şərhində parlamentlərarası əlaqələr, qanunverici orqanların rəhbərlərinin və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri də diqqətə çatdırılıb, Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrə dair statistik rəqəmlər yer alıb.
Sonda qeyd edilib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tərəflərinə kömək göstərilməsi Rusiyanın xarici siyasət prioritetləri arasındadır və Rusiya Prezidentinin diqqət mərkəzindədir. Biz münaqişənin müstəsna olaraq siyasi-diplomatik yolla, tərəflər arasında dialoq vasitəsi ilə həllinin tərəfdarıyıq. Bundan sonra da istər ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibində, istərsə də Azərbaycan və Ermənistanla bizim sıx münasibətlərimizi nəzərə alaraq nizamlanmaya nail olmağa kömək edəcəyik”, -deyə şərhdə qeyd olunur.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ