logo

Dilarə Seyidzadəyə prezidentin fərdi təqaüdü verildi

13:30 02-12-2019 | icon 2352
Dilarə Seyidzadəyə prezidentin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 
sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, prezident İlham Əliyev noyabrın 29-da Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə prezidentin Katibliyinin rəisi - prezidentin köməkçisi vəzifəsi ləğv edilib.

Xatırladaq ki, Dilarə Seyidzadə 16 noyabr 1999 cu ildən bu günədək prezidentin Katibliyinin rəisi vəzifəsində çalışıb.