logo

Bakıda TRACECA Hökumətlərarası Komissiyanın XIV iclası və beynəlxalq konfrans keçiriləcək

10:59 02-12-2019 | icon 2513
Bakıda TRACECA Hökumətlərarası Komissiyanın XIV iclası və beynəlxalq konfrans keçiriləcək

Dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, tədbirlərdə  TRACECA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.