logo

“Hələlik yorulmamışıq” - Kəmaləddin Heydərovun 81 yaşlı deputat atası

00:21 02-12-2019 | icon 2527
“Hələlik yorulmamışıq” - Kəmaləddin Heydərovun 81 yaşlı deputat atası

Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.

YeniAvropa xəbər verir  ki, deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən “hələlik yorulmamışıq” deyib.

Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib:

“Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun  81 yaşı var, 1995-ci ildən MM-də təmsil olunur. (Etikxeber.az)