logo

İrana müalicəyə gedən ata və qızı Lənkəranda qəzaya düşüb ağır yaralandılar

19:50 01-12-2019 | icon 3563
İrana müalicəyə gedən ata və qızı Lənkəranda qəzaya düşüb ağır yaralandılar

Lənkəranda ağır avtomobil qəzası baş verib. 

 YeniAvropa xəbər verir  ki, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun 165-ci kilometrliyində, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

Əslən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan 1964-cü il təvəllüdlü İmran Əli oğlu Yaqubov idarə etdiyi "VAZ-2107" markalı, "99-MP-353" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi yoldan çıxaraq torpaq sahəyə düşüb. Qəza nəticəsində sürücü və qızı, 1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu sakini Yaqubzadə Cəmilə İmran qızı ciddi xəsarətlər alıblar. Hər iki yaralı deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara yuxarı və aşağı ətraflarda açıq və qapalı sınıqlar qeydə alınıb.

Məlumata görə, qəzaya düşən ata və qızı İrana müalicə almaq üçün gedirlərmiş. Hadisəyə yüksək sürətlə hərəkət zamanı sürücünün yuxulamasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.