logo

Avtobusun çaya aşması nəticəsində 15 nəfər ölüb

12:52 01-12-2019 | icon 287
Avtobusun çaya aşması nəticəsində 15 nəfər ölüb

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına aşması nəticəsində 15 nəfər həlak olub, 18 nəfər yaralanıb.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, 43 sərnişinin olduğu qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib.