logo

Rusiyanın baş naziri Əli Əsədovun ad gününü təbrik etdi

21:19 30-11-2019 | icon 2303
Rusiyanın baş naziri Əli Əsədovun ad gününü təbrik etdi

Rusiyanın baş naziri Dmitri Medvedyev  bu gün azərbaycanlı həmkarı Əli Əsədova ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya ilə Azərbaycanı geniş sahələrdə davamlı inkişaf edən mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, hökumət xəttində aktiv birgə iş Rusiya-Azərbaycan münasibətlərini daha da gücləndirəcək və müxtəlif sahələrdə yeni perspektivli layihələrin icrasına əlverişli şərait yaradacaq", - deyə təbrik mətnində vurğulanır.

Xatırladaq ki, Əli Əsədov  30 noyabr 1956-cı ildə Naxçıvanda  anadan olub. Bu gün onun 63 yaşı tamam olur.