logo

 Azərbaycan şirkətləri “Japan Food Expo Fair” sərgisinə qatılıblar 

10:59 30-11-2019 | icon 2576
 Azərbaycan şirkətləri “Japan Food Expo Fair” sərgisinə qatılıblar 

Noyabrın 27-dən 29-dək Tokionun möhtəşəm “Makuhari Messi” sərgi salonunda təşkil edilən III “Japan Food Expo Fair” (Yaponiyanın qida məhsullarının ixracı) sərgisində Azərbaycan iş adamları da iştirak ediblər.

YeniAvropa xəbər verir  ki, bu barədə  Azərbaycanın Yaponiyadakı səfirliyindən bildirilib. Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin təşkili etdiyi sərgidə bu ölkədə qida məhsulları istehsalı ilə məşğul olan 700-dən çox şirkət təmsil olunub. Azərbaycan şirkətlərinin 9 nəfərlik nümayəndə heyəti də növbəti dəfə bu sərgiyə qatılıb.

Səfərin təşkilatçısı, “Foodstaff Co.LTD” şirkətinin prezidenti Tsuyoşi Kanedanın sözlərinə görə, 2017-ci ildə yapon ərzaq məsullarının Azərbaycana ixracı məqsədilə bu şirkəti təsis edib :" Üç ildir davam edən gərgin iş bəhrəsini verməkdədir və cari ilin dekabrından başlayaraq bizim şirkət vasitəsilə də yapon məhsullarının Azərbaycana ixracı həyata keçiriləcək. Azərbaycan iş adamları ilə birgə ikinci dəfə qatıldığımız sərgidə supermarket, otel və restoranların menecerləri, aşpazlar iştirak edirlər. Azərbaycanda Yaponiyanın qida məhsullarına böyük marağın olduğunu son illər Bakıda sayı xeyli artmış yapon restoranları da təsdiq edir. Yaponiya qida məhsullarının Azərbaycana ixracı məqsədilə artıq müəyyən razılaşmalar əldə edilib. Keyfiyyəti və tamı ilə seçilən yapon məhsullarını tezliklə Azərbaycan sakinlərinə təqdim edəcəyik".