Yeni Ombudsman Siyavuş Novruzovun həyat yoldaşı oldu
Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.
YeniAvropa xəbər verir ki,Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Sonra səsvermə keçirilib.
Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Ardınca Ombudsmanın andiçmə mərasimi keçirilib. S. Əliyeva andiçmə mərasimi zamanı ölkə başçısına minnətdarlığını bildirib. O, parlament üzvlərinə də onu Ombudsman seçdiklərinə görə təşəkkürünü çatıdırıb: “Sizi əmin etmək istərdim ki, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan prezidenti cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq”.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”, - o bildirib.
Qeyd edək ki, bu vəzifəyə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idilər.
Qeyd edək ki, S.Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun həyat yoldaşıdır.
Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də başa çatıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir