logo

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

23:21 28-11-2019 | icon 2443
Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ərdoğan “şəxsi hüquqların pozulması” iddiası ilə məhkəməyə müraciət edib və Kılıçdaroğludan 250 min lirə təzminat tələb edib.

Türkiyə prezidentinin vəkili Hüseyn Aydının Ankara 7-ci Adliyə Hüquq Məhkəməsinə verdiyi ərizədə Kılıçdaroğlunun noyabrın 26-da parlamentin qrup iclasında Ərdoğanla bağlı işlətdiyi “vətən xaini”, “peşkeş etmək” ifadələrinin hüquqi baxımdan cinayət xarakterli olduğu vurğulanıb.